[ 04 Mart 2015 21:18 ]


Bakı – APA. Ukraynanın sabiq maliyyə naziri Yuri Kolobov İspaniyada həbs edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq nazir Ukrayna hökumətinin sorğusu ilə axtarışa verilmişdi.

 

Ukraynanı 2014-cü ilin fevralında tərk edən Y.Kolobov dövlət əmlakının talan edilməsində  təqsirləndirilir. Eyni  iş üzrə  Rusiyada sığınacaq tapan Ukraynanın sabiq prezidenti və baş naziri Viktor Yanukoviç və Nikolay Azarovun da adları çəkilir.