YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Afət Cabbarova, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, icra hakimiyyətinin məsul işçiləri, şəhərin fəal gəncləri, ziyalılar iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev dövlət gənclər siyasətindən, respublikada eləcə də şəhərdə aparılan quruculuq-abadlıq işlərindən, gənclərin şəhərin sosial-iqtisadi və mədəni həyatında iştirakından danışıb.
Daha sonra Gənclər Birliyinin sədri Aynurə Novruzova hesabat məruzəsi ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu nəticələrindən söz açıb. Qeyd edilib ki, YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyi 1995-ci ildə təsis olunub. Bu gün şəhər partiya təşkilatının 1146 nəfər üzvündən 377 nəfəri gənclərdir.
Tədbir iştirakçıları YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10