Milli.Az ICTnews-a istinadən bildirir ki, BlackBerrynin yeni smartfonu 1280x720 piksel təsvir ölçülü 5 düymlük sensor ekran, 1.5 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon S4 Plus prosessoru ilə təchiz edilib.
Aparat 2 QB əməli yaddaş və 16 Qb daxili yaddaşa malikdir, həmçinin smartfona 128 QB-dək tutumlu microSD formatlı yaddaş kartları üçün slot quraşdırılıb.
Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, avtofokus və işıq diodu işıqlandırmasına malikdir, ön kamera 2 meqapikseldir. Qurğunun ölçüləri 144x72,8x9,5 mm, çəkisi 170 qramdır. Akkumulyator batareyasının tutumu 2800 milliamper/saatdır. Smartfon BlackBerry 10.3.1 əməliyyat sistemi ilə işləyir.
Milli.Az