YAP Qax rayon təşkilatı Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirirlər
Qax, 4 mart, AZƏRTAC
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq, Azərbaycanda gənclər sahəsində işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, bu gün Azərbaycan gəncləri onlara göstərilən qayğıya cavab olaraq müxtəlif sahələrdə fəallıq nümayiş etdirir, ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verirlər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev bildirib ki, partiyanın sədri, Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət gənclərin partiya sıralarına cəlb olunmasını şərtləndirən amillərdəndir. Təsadüfi deyil ki, son illər partiya sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edirlər. Hazırda rayon təşkilatının 4081 nəfər partiya üzvündən 1791 nəfəri gənclərdir. Onlar rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirir, müxtəlif layihələr həyata keçirir, tədbirlər, “dəyirmi masa”lar təşkil edərək gənclərə bilik və bacarıqlarını göstərmək üçün şərait yaradırlar.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi bu siyasətin bariz nümunəsidir.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51