Sloveniya Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır
Bakı, 4 mart, AZƏRTAC
Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın rəhbərlik etdiyi və Sloveniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının da daxil olduğu nümayəndələr iştirak ediblər.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Niyazi Səfərov Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində Azərbaycan və Sloveniyanın ixracın və investisiyaların təşviqi qurumları uğurla əməkdaşlıq edir. Görüşdə Azərbaycan-Sloveniya iqtisadi əməkdaşlığının genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.
Mitya Bervar Azərbaycana səfərindən və keçirilən görüşlərdən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Görüşdə Sloveniya şirkətlərinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, sənaye, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10