Bakıda daah bir qanun pozuntusu aşkar olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə qanunsuzluq aşkarlanıb.

Dükanlarda malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi məlum olub. Bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
Mənbə
ANS PRESS