Mütəxəssislərin fikrincə, həmin ərazi aktiv sürüşmə zonası hesab olunur. Avtomobil yolundan isə 50-yə yaxın yaşayış məntəqəsinin, eləcə də Yardımlı rayonunun əhalisi istifadə edir. Sürüşmə aktivliyi davam edərsə, Cəlilabadla Yardımlı rayonları arasında əlaqə tamamilə kəsilə bilər.
Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizovun verdiyi məlumata görə, hazırda sözügedən ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Onu da deyək ki, Cəlilabad-Yardımlı avtomobil yolunun həmin ərazisi ötən il tikilərək istifadəyə verilib.
Milli.Az