Oxucumuz Xalid Məmmədlinin Milli.Az-a bildirdiyinə görə, Z.Bünyadov prospekti, İ.Qayıbov küçəsində yerləşən qazanxana boruları bu gün səhərdən sökülürdü. 93 m hündürlükdə olan, "Qoşa borular" adlandırılan qüllələrin sökülməsi zamanı 2 fəhlə ehtiyatsızlıq üzündən qüllədən asılı qalıb.
Onların xilas edilməsi üçün FHN qüvvələri hadisə yerinə cəlb olunublar.
Qolu 65 m uzunluqda olan kran vasitəsilə fəhlələrin xilasına çalışılır.
Milli.Az























