Bakı, 4 mart, AZƏRTAC
Hеydər Əliyеv аdınа Bakı neft emalı zavodunun 13 nömrəli sahəsində 2BM4-24/9C markalı kompressor aqreqatı quraşdırılıb və təftiş olunub. İdarəetmə şkaflarında işəburaxma-sazlama işləri aparılıb, kompressorun yüksüz və yük rejimində işə buraхılması tədbirlərinin yerinə yetirilməsi başa çatdırılıb və kompressor istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zavodun azot-oksigen qurğusundan alınan yüksək keyfiyyətli azot müəssisənin istehsalat və sahələrində geniş istifadə olunur. Мüəssisədə azot qazına olan tələbatın artmаsı ilə yeni kompressor aqreqatının quraşdırılması məqsədəuyğun hesab edilib. Müvafiq layihənin hazırlanması üçün “Neftqazelmitəqdiqatlayihə” İnstitutuna sifariş verilib və institut azot-oksigen qurğusunda əlavə bir ədəd kompressor aqreqatının quraşdırılması üçün layihə hazırlayıb.
Xatırladaq ki, inert qazı olan azotla regenerasiya prosesi aparılır, təmir işləri zamanı boru xətləri və aparatlar üfürülür, sınaqlar, analizlər olunur. Azot qazı zavodun istehsalat və sahələrinə 2CHM-24/9 tipli kompressorlarla nəql edilir.