Bakı, 4 mart, AZƏRTAC
Daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar martın 4-də saat 10-dan 16-dək Şəmkir, saat 10-dan işlər başa çatanadək isə Bakının Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.