Məşhur Lara Stoun Devid Uolliams cütlüyü ayrılıb. Ötən axşam maneken övladını, itini və əşyalarını götürərək 5 il ailəsi ilə birlikdə yaşadığı evi tərk edib.

Milli.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

43 yaşlı aktyor və 31 yaşlı model müvəqqəti olaraq ayrı yaşamaq qərarına gəliblər.

Jurnalistlər Devid ilə əlaqə saxlayaraq nə düşündüyünü öyrənməyə çalışıblar. Məşhur komediya ustası olan Devid emosiyalarını gizlədərək bildirib ki, ailə problemlərini özləri həll edəcəklər.

Xatırladaq ki, Lara Stoun və Devid Uolliams 2010-cu ildə ailə qurublar. 2013-cü ildə onların Alfred adlı övladları dünyaya gəlib.

Milli.Az