Yaponiya beynəlxalq kommersiya kosmik buraxılışlar bazarında iştirakını genişləndirir
Bakı, 4 mart, AZƏRTAC
Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd.” korporasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə meteoroloji peykin buraxılışına dair saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, “Kharifasat” adlanan aparatın 2017-ci ildə Yaponiyanın cənubundakı Taneqasima kosmodromundan buraxılması nəzərdə tutulur. BƏƏ peykinin buraxılması Yaponiya üçün artıq üçüncü kosmik start olacaq. Ölkə dünyanın aparıcı kosmik dövlətləri klubuna daxil olmağa çalışır. 2012-ci ildə yaponiyalı mütəxəssislər “H-2A” raketdaşıyıcısı vasitəsilə Cənubi Koreyanın “Ariran-3” müşahidə peykini orbitə çıxarıblar. Bu il üçün Kanadanın “Telstar 12” meteoroloji peykinin analoji raketdaşıyıcısı ilə buraxılışı planlaşdırılır.
Hazırda peyklərin kommersiya buraxılışının 80 faizini Rusiya və Avropa İttifaqı həyata keçirir. Yaponiyanın “H-2A” raketdaşıyıcısı mövcud analoqlarından 95 faiz yüksək etibarlığı ilə seçilir. Belə ki, 27 buraxılışdan yalnız biri uğursuz olub. Bununla belə, Yaponiyanın imkanları raket buraxılışlarının çox baha olmasına (hər raket buraxılışının dəyəri 85 milyon dollara yaxındır) görə məhduddur.
Hazırda “Mitsubishi Heavy Industries Ltd.” raketdaşıyıcısının buraxılışı iki dəfə ucuz olacaq yeni versiyasını hazırlayır. “H-3” adlandırılacaq yeni nəsil raketin ilk startının 2020-ci ildə baş tutacağı gözlənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10