Ukraynaya ölümcül silahların göndərilməsində rol oynaya biləcək ölkələrin adları açıqlanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mediası məlumat verib. Ukraynanın ölümcül silahların göndərilməsi üçün ABŞ, Kanada, Litva, Polşa və Böyük Britaniyaya ümid edə biləcəyi bildirilib.
 
Ukrayna mətbuatı ölümcül silahların Ukraynaya göndərilməsi üçün daha çox çalışan siyasətçilərin bəyanatlarına yer ayırıb. Qərbin bütün ölkələrinin Ukraynanın ölümcül silahlarla təchiz edilməsini istəmədiyi ehtimal edilir. Fransa, Almaniya, İtaliya və İspaniyanın ölümcül silahların göndərilməsinə qarşı olduğu qeyd edilib.

Milli.Az