“Qafqaz və ermənilər” kitabının təqdimatı olub
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadənin rus dilində nəşr olunan “Qafqaz və ermənilər” kitabının təqdimat mərasimi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli kitabın tarixi əhəmiyyətindən söz açıb. Bildirilib ki, təqdim olunan yeni nəşr XIX – XXI əsrlərin başlanğıcında Qafqazda baş verən çoxvektorlu proseslər, yerli siyasi strukturlarla böyük regional dövlətlərin münasibətlərinin xarakteri ilə bağlı, həmçinin Qafqaz meqaregionu üçün dövri əhəmiyyətə malik olan geosiyasi hadisələrlə zəngin mərhələləri əks etdirir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, XIX əsrin başlanğıcında ermənilərin Qafqaza köç etməsi və bu hadisələrin yerli əhaliyə, ilk növbədə müsəlmanlara mənfi təsirini buna misal göstərmək olar.
AMEA–nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyəti barədə məlumat verən akademik ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində komissiya tərəfindən görülən işlərdən danışıb. Qeyd edilib ki, komissiyanın gördüyü işlər nəticəsində soyqırımı həqiqətlərini əks etdirən bir neçə kitabın təqdimatı keçirilib.
AMEA-nın vitse-prezidenti yeni nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb. Bildirilib ki, kitabın əsas ideyası ermənilərin Qafqaz əsilli olmadıqlarını sübut etməkdir. Onlar, alloxtonlar - gəlmələr olaraq yalnız XIX əsrdə kütləvi halda Qafqaza köç ediblər. Erməni etnosu üçün dövri olan bu hadisə Rusiya imperiyasının məqsədyönlü köçürülmə siyasətinin sayəsində baş verib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova mütəxəssis-tarixçilər və Qafqaz meqaregionu problemləri ilə maraqlananlar üçün nəzərdə tutulan, aktuallıq kəsb edən yeni nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib, bu istiqamətdə araşdırmaların Azərbaycan tarixinin öyrənilməsində önəmli olduğunu söyləyib.
Tədbirdə Əliağa Məmmədlinin “R.Hüseynzadənin “Qafqaz və ermənilər” əsərinin “Böyük Ermənistan” mifinin ifşasında rolu”, İradə Bağırovanın “Qafqaz və ermənilər” əsərində erməni siyasi partiyalarının terrorçu fəaliyyətinin işıqlandırılması”, Fəzail Vəliyevin “Ermənilərin Qafqaza köçürülməsi və onun Azərbaycana mənfi nəticələri R.Hüseynzadənin tədqiqatında” mövzusunda məruzələri dinlənilib.
Kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılmasının vacibliyi vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10