Argentinanın ölkəmizdəki səfir Azərbaycan Tərcümə Mərkəzində olub
Bakı, 3 mart, AZƏRTAC
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olub.
ATM-dan AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qonağa qurumun fəaliyyətindən, iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdən söz açıb. Bildirib ki, son illər ərzində bir çox məşhur Argentina yazıçılarının – X.Borxesin, X.Kortasarın, M.Delibesin, E.Sabatonun, A.Yunkenin, S.Poletinin, həmçinin, R.Arltın əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri həyata keçirilib. Bu il nəşr olunan kitablarımız arasında “Latın Amerikası romanı” toplusunda da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb.
Daha sonra direktor ədəbiyyatımızın ruhən bir-birinə yaxınlığından, Argentina yazıçılarının əsərlərinin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanmasından danışıb.
Səfir Karlos Dante Riva xalqlararası əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşərək deyib: “Bakıda olduğum iki il müddətində ölkələrimiz arasında olan informasiya qıtlığını, Azərbaycanla Argentinanın bir-birindən hədsiz az məlumatlı olduğunu müşahidə etmişəm. Bu informasiya qıtlığı əlbəttə ki, bir çox problemlərə yol açır. Bu mənada tərcümə işi hər iki xalqın bir-birini yaxından tanımasına ən qısa yol ola bilər. Düşünürəm ki, qarşıda duran əsas məqsəd hər iki xalqı mədəni, ədəb mühitdə bir-birinə tanıtmaq və əlaqələri genişləndirməkdir. Əlbəttə ki, xalqlar arasında iqtisadi, ticarət, siyasi-ictimai və sair əlaqələr qurulur, lakin bu əlaqələrin heç biri iki xalqın bir-birini mədəni müstəvidə tanımasına xidmət etmir. Düşünürəm ki, ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı”.
Diplomat bildirib ki, Buenos-Ayresdə hər il beynəlxalq kitab sərgisi keçirilir. Bu sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə əlimizdən gələn köməkliyi etməyə hazırıq. Mən əminəm ki, hər iki ölkənin ədəbiyyatı tərcümə edilib yayılarsa, bu, nəinki xalqlararası mədəni, həmçinin Argentina Azərbaycan arasındakı siyasi əlaqələrin də inkişafına təkan verər.
“Hazırda iki kitabın Azərbaycan dilinə tərcümə edilməsini vacib hesab edirəm. Bu kitablardan biri tanqo rəqsi barədədir. Azərbaycanda çox sevilən, hətta aldığım məlumatlara görə, tədris edilən bu rəqsin yaranma tarixi haqqındadır. Digər kitab, Adolfo Bioy Kasaresin kitabıdır. Hər iki kitabın mükəmməl tərcüməsində mərkəzin köməyinə ehtiyacımız var”,-deyə Karlos Dante Riva vurğulayıb.
Səfir ölkəsində tərcümə işinin təşkili barədə də məlumat verib.
Sonda diplomat mərkəzlə Argentinanın aidiyyəti qurumları arasında sıx əlaqələrin yaranması, hər iki ölkə arasında ədəbi-mədəni mübadilələrin aparılması istiqamətində mərkəzlə sıx əməkdaşlıq edəcəklərini söyləyib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14