Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ölkəmizə rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 4-də Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.

Milli.Az