ABŞ Prezidenti Donald Tramp Mərakeşdən İspaniyanın Seuta şəhərinə qanunsuz miqrant axınını fəlakət və işğal adlandırıb.

Metbuat.az xəbər verir ki, Tramp Kemp-Deviddə çıxışı zamanı İspaniyada baş verənlərin ABŞ-də də təkrarlana biləcəyini deyib. O bildirib ki, respublikaçılar hakimiyyətdə olmasa, ABŞ-nin də “müdaxiləyə məruz qalacağını” söyləyib.

Qeyd edək ki, iyulun 31-də on minlərlə miqrant Mərakeşdən Seutaya keçməyə çalışıb. Hadisə zamanı bəzi şəxslər dəniz yolu ilə İspaniyaya çatmağa cəhd edərkən boğulub. Sahildə 57 nəfərin meyiti aşkarlanıb.