“Real Madrid” hücum xəttini gənc futbolçu Karlos Espi ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, 21 yaşlı forvard “Levante”dən Madrid klubuna keçib. Bu barədə “Levante” klubu məlumat yayıb. Məlumata görə, Espinin “Real Madrid”lə imzaladığı müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. İnsayder Fabritsio Romanonun sözlərinə görə, İspaniya nəhəngi bu keçid üçün 25 milyon dollar ödəyib.
Qeyd edək ki, Karlos Espi ötən mövsüm “Levante”nin heyətində 27 qarşılaşmada iştirak edib və 13 dəfə rəqib qapısına yol tapıb.