Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançes Avropa və Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, İtaliyanın “Komo” klubu 28 yaşlı stoper üçün təklifini 30 milyon avroya qədər artırıb. Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu isə futbolçu ilə danışıqlara başlamaq məqsədilə “Qalatasaray”a rəsmi müraciət edib.
Artan marağı nəzərə alan İstanbul təmsilçisi Sançesin transfer qiymətini yenidən müəyyənləşdirib. Klub rəhbərliyi daha əvvəl 35 milyon avro tələb etdiyi futbolçu üçün indi 45 milyon avro istəyir.
Baş məşqçi Okan Buruk Davinson Sançesi yeni mövsümün əsas fiqurlarından biri hesab etdiyi üçün “Qalatasaray” rəhbərliyi 45 milyon avrodan aşağı olan heç bir təklifi dəyərləndirməyi planlaşdırmır.