Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

Metbuat.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda 3 vitse-prezident çalışacaq.

Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.

zey0xumaja.webp