Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.
Fakt araşdırılır.