Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov bir neçə gün əvvəl DGK sədri Şahin Bağırovun əmri ilə vəzifəsindən azad edilib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsi müvəqqəti olaraq gömrük xidməti polkovniki Rüstəmov Elçin Ədalət oğluna həvalə edilib.

Qeyd edək ki, E.Rüstəmov DGK-nin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisidir.