Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, iyunun 19-da cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.