İran və ABŞ arasında sazişin imzalanması bazar gününə planlaşdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Barak Obamanın prezidentliyi dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahının hazırlanmasına başlamağa imkan verib. Vaşinqton və Tehran arasındakı hazırkı sövdələşmə isə dünyada nüvə təhlükəsizliyinə zəmanət verərək Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksini təşkil edir.
"Mənim İranla sazişim bunun tam əksidir, NÜVƏ SİLAHININ OLMAMASI YOLUNDA DİVARDIR! Faktiki olaraq, onlar artıq nüvə silahı istəmirlər və ona sahib olmayacaqlar - nə satın alma, nə hazırlama, nə də hər hansı digər əldə etmə forması ilə.
Sövdələşmənin imzalanması sabaha planlaşdırılıb və bundan dərhal sonra Hörmüz boğazı HAMI ÜÇÜN AÇIQ olacaq", - paylaşımda bildirilir.