İngiltərənin “Hall Siti” klubunun sahibi Acun Ilıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Metbuat.az xəbər verir ki, türkiyəli iş adamı bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. O, Prezident Sarayında baş tutan görüşdə “Hall Siti” klubunun fəaliyyəti, gələcək planları və İngiltərə Premyer Liqasına yüksəlmək istiqamətində görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verdiyini bildirib.
Qeyd edək ki, “Hall Siti” 9 ildən sonra Premyer Liqaya yüksəlib.