ABŞ ilə İran arasında ilkin memorandumla bağlı heç bir mətn təsdiqlənməyib.
Metbuat.az xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın olan məlumatlı mənbə “Fars” agentliyinə açıqlama verib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bir neçə saat əvvəl “Truth Social” platformasında İranın ən yüksək səviyyədə ilkin memorandumun mətnini qəbul etdiyini iddia etmişdi. Lakin iranlı mənbə bu məlumatı təkzib edərək, belə bir sənədin razılaşdırılmadığını bildirib.