ABŞ Prezidenti Donald Tramp İranda bu gün həyata keçirilməsi nəzərdə tutulan hücumun ləğv edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında açıqlama verib. O bildirib ki, İranla razılaşma imzalanmaq üzrə olduğu üçün bu ölkəyə hücumlar dayandırılıb.

Tramp bildirib ki, razılaşmanın son detalları ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər müvafiq ölkələr tərəfindən qiymətləndirilib və təsdiqlənib, imzalanma mərasiminin vaxtı və yeri açıqlanacaq. Bununla yanaşı, ABŞ-ın razılaşma tam rəsmiləşənədək İrana qarşı dəniz blokadasını davam etdirəcəyi bildirilir.