Çəkisi 197 kiloqrama çatan 31 yaşlı Devid Kuinn üçün adi pilləkənləri çıxmaq belə böyük bir əziyyətə çevrilmişdi. Qeyri-sağlam qidalanma və hərəkətsizlik onun həm fiziki, həm də psixoloji sağlamlığına ciddi zərər vururdu.
Metbuat.az xəbər verir ki, İngiltərədə yaşayan gənc Devid radikal bir qərarla həyatını dəyişə bilib. O, artıq çəkidən əziyyət çəkən milyonlardan fərqli üsulla arıqlayıb.
Devid Kuinn bir çoxları kimi darıxdırıcı idman zallarına getmək əvəzinə, uşaqlıq sevgisi olan futbola üz tutub. Həvəskar futbol məşqlərinə və yoldaşlıq oyunlarına qatılan Devid meydançadakı qaçış və hərəkətliliyi təbii bir idman rejiminə çevirib. Eyni zamanda zərərli qəlyanaltılardan imtina edərək ev yeməklərinə və nizamlı qidalanmaya üstünlük verib. Həm yaşıl meydandakı aktivlik, həm də yeməyinə diqqət etməsi sayəsində Devid tam 89 kiloqram arıqlamağı bacarıb.
“İndi həm sağlamam, həm də sevdiyim oyun sayəsində həyata yenidən bağlanmışam. Həyat gözəldir. Onun naminə bəzi zövqlərimizdən imtina etməyi bacarmalıyıq”, - Devid belə deyib.