İran Prezidenti Məsud Pezeşkian ölkəsinin silahlı qüvvələrinin İsrailə qarşı əməliyyatları dayandırdığını elan etdikdən sonra açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, milli təhlükəsizliyi və xalqın dincliyini prioritet hesab etdiyini ifadə edib. Pezeşkian bildirib ki, İran nə döyüş meydanını, nə də danışıqlar masasını tərk edib. Pezeşkian İran millətinin hüquqlarını qətiyyətlə müdafiə edəcəklərini və heç bir təhdid qarşısında geri çəkilməyəcəklərini bəyan edib.

Qeyd edək ki, İran İsrailin Livana hücumlarına cavab olaraq İsrailə raket hücumu təşkil edib. İsrail ordusu isə Tehran, Təbriz və İsfahan daxil olmaqla bir neçə İran şəhərinə hücumlar təşkil etmişdi.