Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib:

"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".