Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 3-də Sabirabad rayonunun bəzi küçələrinin, həmçinin Şirvan şəhərinin bir hissəsinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.

Həmin gün saat 09:00-dan etibarən isə Balakən rayonunun Mazımqara və Poştbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.