Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə bu gün rayonun Alpı kənd ərazisində baş verib. Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.
Ağır xəsarətlər alan Adilə Abbasova həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az