Xəbər verdiyimiz kimi, Göyçayda kişi həyat yoldaşını qətlə yetirib. Hadisə bu gün rayonun Qarabaqqal kəndində yerləşən 011 kafedə baş verib.
Metbuat.az-ın məlumatına görə, belə ki, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev