Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətimdən məlumat verilib.

Bildirilib ki, hazırkı vaxtadək helikopterlər 60 atış, 150 ton su istifadə edib.

Yanğınsöndürmə işləri davam etdirilir.