Bu ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.
İndiyədək ölkə ərazisində 112.985 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.