Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 877 368 təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 3,5 % artaraq 60 431 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,3 % artımla 240 528 min təşkil edib.