Dünən Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirov hazırda süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır.
Metbuat.az teleqraf.az-a istinadən xəbər verir ki, xəstəxanadan məlumat verilib.
Qeyd edək ki, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayış baş verib.
Hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.
14:52
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.