2026-cı ilin I rübü ərzində banklar 372 mln. manat xalis mənfəət əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.

İlk rüb üzrə bankların əməliyyat mənfəəti isə 521 mln. manat təşkil edib.

Bundan əlavə, müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib.