Çində Çiandao gölünün təxminən 40 metr dərinliyində yerləşən qədim Şi Çinq şəhəri tarixi ilə yenidən diqqət mərkəzinə çevrilib.
Metbuat.az xəbər verir ki, təxminən 600 illik tarixi olan bu şəhər 1959-cu ildə su anbarının tikintisi səbəbindən suyun altında qalıb. Bildirilir ki, Şi Çinq "Aslan şəhəri" kimi tanınır və qədim dövrlərdə bölgənin mühüm mərkəzlərindən biri olub. Şəhərdəki ziyarətgahlar, məbədlər, daş tikililər və ictimai binalar bu gün də görkəmini qoruyub saxlayıb. Şəhər su altında olduqları üçün tikililər yağışın, günəşin və yağışın təsirindən qorunur.
Dalğıclar bildirirlər ki, şəhərin qapıları və hətta divarlarındakı bəzəklər yaxşı vəziyyətdə qalıb. Məlumata görə, şəhər illərdir unudulsa da, 2000-ci illərdə yenidən araşdırıldıqdan sonra məşhurlaşıb. Hazırda Şi Çinq həm tarixçilər, həm də dalğıc həvəskarları üçün maraqlı bir yer hesab olunur.