Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.

Metbuat.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş intervallar bunlardır: "Əhmədli–28 May" - 2 dəqiqə 8 saniyə, "28 May–Dərnəgül" - 4 dəqiqə 15 saniyə, "28 May–İçərişəhər" - 4 dəqiqə 15 saniyədir.

"Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir", - məlumatda qeyd olunub.