Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Metbuat.az xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

09:48

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

Metbuat.az xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.