Pakistanın Ordu Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti İrana səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, səfərin məqsədi ABŞ-dən İrana mesaj çatdırmaq və iki ölkə arasında yeni danışıqlar aparılmasını planlaşdırmaqdır. Pakistan nümayəndə heyətini xarici işlər naziri Abbas Əraqçi qəbul edib.

Qeyd edək ki, ABŞ və İran arasında İslamabadda keçirilən ilk danışıqlarda razılıq əldə edilməyib.