Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca isə mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.