"McCollough" effekti uzunmüddətli təsir göstərən nadir vizual illüziyalardan biri hesab olunur.

Metbuat.az xəbər verir ki, müəyyən rəng və xətt kombinasiyalarına bir neçə dəqiqə baxdıqdan sonra insan gözü rəngsiz təsvirlərdə belə olmayan rəng çalarlarını görməyə başlayır.

1967-ci ildə psixoloq Celeste McCollough tərəfindən təsvir edilən bu effekt digər vizual illüziyalardan fərqli olaraq saatlarla, bəzi hallarda isə həftələrlə davam edə bilər.

Araşdırmalar göstərir ki, bu hal gözlə deyil, beynin görmə korteksində baş verən uyğunlaşma prosesi ilə bağlıdır. Alimlər qeyd edirlər ki, effekt insan sağlamlığı üçün təhlükəli hesab olunmasa da, bəzi hallarda müvəqqəti görmə narahatlıqları yarada bilər.

Birinci mərhələ

İkinci mərhələ