İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslamabadda keçiriləcək danışıqlardan əvvəl açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, danışıqların başlaması üçün ABŞ-nin 2 öhdəliyi yerinə yetirmədiyini ifadə edib.
İran nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilən Qalibaf, "Tərəflər arasında razılaşdırılmış, lakin hələ həyata keçirilməmiş iki məsələ var: Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsi. Bu iki məsələ danışıqlar başlamazdan əvvəl yerinə yetirilməlidir”, - deyə bildirib.