ABŞ Prezidenti Donald Trampın dünənki mətbuat konfransında İran münaqişəsi və xarici siyasəti ilə bağlı verdiyi bəzi açıqlamalar reallığı əks etdirmir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin CNN televiziyasında məlumat paylaşılıb. CNN-in məlumatına görə, Tramp əvvəllər təkzib edilmiş bəzi iddiaları təkrarlayıb. Bildirilir ki, Trampın ABŞ təyyarələrinin əksəriyyətinin dost atəşi nəticəsində sıradan çıxdığı barədə açıqlaması əsassızdır və bəzi təyyarələr İran tərəfindən zərərsizləşdirilib.

Qeyd olunub ki, Trampın 8 müharibəyə son qoyduğu barədə dediyi sözlər doğru deyil. Çünki qeyd olunan münaqişələrin bəziləri müharibə mahiyyəti daşımayıb və ya yekunlaşmayıb.