Türkiyəli professor Şener Üşümezsoy yenə hamını təəccübləndirib. Tanınmış alim bu dəfə Kütahyada medianın diqqətini öz üzərində cəmləyib.

Metbuat.az xəbər verir ki, Kütahyada elmi konfransda iştirak edən Üşümezsoy sonra həmkarları ilə birlikdə Murat dağına qalxıb. 76 yaşlı professor qarlı havada soyunaraq yarım saat təbiətin qoynunda gəzib.

Alim "bura Sibirdən də soyuqdur. Amma mən üşümürəm. Üşüsəm bir stəkan isti su içəcəm" deyib.

Şener Üşümezsoyun fotoları sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri 76 yaşlı professorun ünvanına xoş sözlər yazıblar.