Astroloqların fikrincə, yaxın günlər bəzi bürclər üçün sosial həyatın canlanacağı, yeni insanlarla tanışlıqların artacağı bir dövr vəd edir.
Metbuat.az xəbər verir ki, xüsusilə aşağıdakı bürclər üçün maraqlı qarşılaşmalar gözlənilir:
Qoç
Enerjiniz yüksəlir və bu, ətrafınızdakı insanlara da təsir edir. Yeni mühitlərə daxil olmaq və fərqli insanlarla tanış olmaq üçün ideal zamandır. Gözlənilməz bir tanışlıq həyatınızda yeni səhifə aça bilər.
Əkizlər
Ünsiyyət bacarığınız zirvədədir. Sosial şəbəkələr və ya tədbirlər vasitəsilə maraqlı insanlarla tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıqlardan biri uzunmüddətli əlaqəyə çevrilə bilər.
Şir
Diqqət mərkəzində olmağı yenə bacarırsınız. Yeni insanlarla quracağınız münasibətlər həm şəxsi, həm də iş həyatınıza müsbət təsir göstərəcək.
Tərəzi
Romantik enerjiniz artır. Yeni tanışlıqlar arasında sizə uyğun biri ilə qarşılaşmaq ehtimalı var. Sosial çevrəniz genişlənir.
Dolça
Qeyri-adi insanlarla qarşılaşa bilərsiniz. Bu tanışlıqlar sizə yeni ideyalar və fərqli baxış bucaqları qazandıracaq.