İsrailin hava hücumu nəticəsində öldüyü deyilən İranın polis rəisi Əhməd Rza Radan üzə çıxıb. Video-muraciət yayan iranlı general yenidən ictimai diqqəti öz üzərinə çəkib.

Metbuat.az xəbər verir ki, o, Avropa Birliyi ölkələrinə müraciət edib. General Radan Avropa ölkələrini ABŞ-nin təzyiqləri qarşısında geri çəkilməməyə səsləyib: "Tramp sizi Qrenlandiya adasını əlinizdən alacağı ilə hədələyir. Qəti narahat olmayın. Müraciət edin, biz gəlib Qrenlandiyanı qoruyaq".

İranlı general ABŞ və İsrailin cəzasız qalmayacağını bildirib: "Müharibə hələ indi başlayır. Onlar layiq olduqları cəzanı alacaqlar".