Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.

Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.

Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.